İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Gərginliyi artıran BƏYANAT - Bədəli çox ağır olacaq

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, Şimali Koreya raket sınaqlarına hazırkı yanaşmasından əl çəkməsə, bunun bədəli çox ağır olacaq.

Musavat.com xəbər verir ki, Prays ölkəsinin müttəfiqlərini müdafiə etmək əzmində olduğunu, həmçinin təxribat xarakterli hərəkətlər edən Şimali Koreya ilə dialoqa açıq olduğunu bildirib.

"Biz bütün dünyadakı tərəfdaşlarımızla birgə Şimali Koreyaya bildirməyə çalışırıq ki, onun ödəyəcəyi bədəl, yanaşmasını dəyişənə qədər artmağa davam edəcək. Biz Şimali Koreyanın dialoq və diplomatiyaya yanaşmasını dəyişməsini istəyirik" - o bildirib.

Prays dialoq və diplomatiya yolu ilə Koreya yarımadasının nüvəsizləşdirilməsi hədəfinə doğru mərhələli, real və praktiki irəliləyiş əldə edilə biləcəyini vurğulayıb, ABŞ-ın Şimali Koreyanın son ballistik raket sınaqlarını pislədiyini bildirib. Prays əlavə edib ki, Şimali Koreyanın son raket sınaqları Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozub. O bildirib ki, Pxenyanın qonşuları beynəlxalq ictimaiyyət üçün təhlükə yaradır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR