İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! FSB məlumat yaydı - Putinin evinin yaxınlığında... - ŞOK FOTOLAR

Moskva qüvvələri Rusiyanın cənubunda Rusiya prezidenti Vladimir Putinin evinin yaxınlığında bir Ukraynayönlü diversantın bomba ilə tutulduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki, FSB əməkdaşları tərəfindən terror şübhəsi ilə saxlanan 42 yaşlı kişinin adı açıqlanmayıb və şübhəli şəxs Rusiya mətbuatında çıxan xəbərlərdə “Ukrayna neonasizmi tərəfdarı” kimi qələmə verilib.

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FSB) prezident Putinin evinin yaxınlığında partlayıcı qurğu ilə yaxalanan şəxsin görüntülərini yayıb.

6471e5bb4e3fe02c1c7744c5.jpg (89 KB)

FSB-nin təqdim etdiyi kadrlarda Rusiya qüvvələrinin hərbi forma geyinmiş şübhəli şəxsi uzaqlaşdırdığı görünür. Onun meşəlik ərazidə istifadəyə hazır əldəqayırma partlayıcı ilə tutulduğu bildirilir.

FSB rəsmiləri bildiriblər ki, həbs edilən şübhəlinin partlayıcı qurğuların yığılması və istifadəsi ilə bağlı təlimatları da olub.

Yayımlanan kadrlarda həmin şəxsin partlayıcı qurğularını gizlətmək üçün istifadə etdiyi məxfi anbarın görüntüləri də yer alıb.

6471e4d14e3fe02c1c7744bc.jpg (83 KB)

Qərb mediası FSB tərəfindən saxlanan şəxsin terrorizm ittihamı ilə təqsirli bilinəcəyi təqdirdə 20 ilə qədər həbs cəzası ala biləcəyini qeyd edib.

Şayiələrə görə, Rusiya liderinin Qara dənizin kurort zonası olan Gelendjikdə qayalıqlar üzərində tikilmiş evinin geniş yeraltı bunkerləri var və onun dəyəri təxminən 1 milyard funt-sterlinqdir.

Britaniyanın "Daily mail" qəzeti sözügedən malikanənin Putinin Rusiyadakı şəxsi iqamətgahlarından sadəcə biri olduğunu vurğulayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR