İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ!!! Əsirlikdə olan 2 hərbçimiz vətənə qaytarıldı - FOTOLAR, VİDEO

Ermənistanda əsirlikdə olan hərbçilərimiz, Hüseyn Axundovla Aqşin Bəbirov azad edilib.

Hər iki əsgərimiz bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda əlverişsiz hava şəraiti səbəbindən itkin düşüb. Sonradan onlar Ermənistan tərəfindən əsir götürülüb və hərbçilərə qarşı saxta ittihamlar irəli sürülüb.

Dekabrın 7-i isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Musavat.com xəbər verir ki, bu gün razılaşma əsasında hərbçilərin dəyişdirilməsi baş tutub.

s2.jpg (250 KB)

Qeyd edək ki, Ermənistana qaytarılan 32 nəfər (26 nəfər 2020-ci ilin dekabrında Hadrut istiqamətində keçirilmiş antiterror tədbirləri zamanı həbs edilmiş şəxslər, qalan 6 nəfər müxtəlif vaxtlarda sərhəddə saxlanılmış şəxslər) artıq cəzalarının böyük hissəsini çəkiblər.

Məhəmməd Türkmən
Musavat.com

 

 

s5.jpg (301 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR