İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Ermənistanda hərbi səfərbərlik başladı, İran Ermənistanın qatı müdafiəsinə qalxdı – Natiq Cəfərli ilə “Canlı debat”

Ermənistanın müdafiə naziri Suren Papikyan yeni açıqlama verib. O, bildirib ki, könüllülük əsasında ölkə sərhədlərini qorumaq istəyən vətəndaşlar yaşadıqları yer üzrə hərbi komissarlıqlara müraciət edə bilərlər. Ermənistanda hərbi səfərbərlik başlanır? Bu, yeni müharibənin anonsları sayıla bilərmi?

Bu arada İrandan da yeni, təhlükəli həmlələr var. İran-Ermənistan sərhədini təhdid edən istənilən ssenariyə xüsusi müqavimət göstərəcək: İranın Ermənistandakı səfirliyindən yayılan açıqlamada belə deyilir: “İran İslam Respublikası Qafqaz regionunda baş verən hadisələr və iki qonşu ölkə olan Ermənistan Respublikası və Azərbaycan Respublikası ilə əlaqələri ilə bağlı öz mövqeyini açıq şəkildə və müxtəlif səviyyələrdə ifadə edib. İnqilabın Ali Məqamlı Rəhbərinin Rusiya və Türkiyə prezidentləri ilə görüşlərini işıqlandıran xəbərlərdə qeyd olunduğu kimi, İran qonşu ölkələrin ərazi bütövlüyü və sərhədlərinin pozulmasına qarşıdır və İrana zərər vuracaq istənilən ssenariyə xüsusilə müqavimət göstərəcək. İki qonşu xalqı birləşdirən tarixi marşrut olan Ermənistan sərhədi. İran prezidenti ilə Ermənistanın baş naziri arasında telefon danışığı zamanı da bizim bu prinsipial mövqeyimiz təkrarlanıb. İranın xarici işlər naziri Əmir Abdollahian Azərbaycanın xarici işlər naziri Bayramovla telefon danışığı zamanı Ermənistan və Azərbaycan arasında yeni toqquşmalardan narahatlığını ifadə edib və problemlərin sülh yolu ilə həllinə dəstək verməyə hazır olduğunu bildirib, İranın bu münasibətləri qoruyub saxlamasının vacib olduğunu açıq şəkildə vurğulayıb. hər iki qonşunun ərazi bütövlüyü və həm də İran-Ermənistan sərhədinin tarixi bir əlaqə yolu olduğunu və dəyişməz qalmalıdır”: İranın Ermənistandakı səfirliyinin ER İctimai Televiziyası üçün şərhində bu cümlələr yazılıb.

Nə baş verir? İran yenə öz mövqeyini göstərməklə Azərbaycana meydan oxuyur? Zaman-zaman bu cür həmlələr edən İranın bu cavabı nədən xəbər verir? Bizim addımlarımız necə olmalıdır?

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 12.00-də “Canlı debat” verilişində ReAL Partiyasının icra katibi Natiq Cəfərli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR