İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Ermənistan sərhədə muzdluları yığır, planın DÜYMƏsi basıldı – Vahid Əhmədovla “Canlı debat

Ermənistanın Azərbaycanla sərhədə hərbi qüvvə və texnika yığdığını təsdiqləyən daha bir video yayılıb. Erməni Teleqram kanallarında yayılan videoda bayraqla, yəni xüsusi təbliğatla sərhədə göndərildiyi bildirilən əsgərlərin heç də həqiqi hərbi xidmətçilər olmadığı, daha yaşlı hərbçilər və muzdlular olduğu görünür.


Qeyd edək ki, Azərbaycan MN bir neçə gün öncə Ermənistanın Azərbaycanla sərhədə canlı qüvvə və artilleriya cəmləşdirdiyi haqda məlumat yaymış, Ermənistan MN isə bunu təsdiqləmişdi.


Bunun ardınca isə Ermənistan ordusuna aid yük maşınlarının sərhədə çoxlu sayda işlənmiş avtomobil şinlərini daşıdığını əks etdirən görüntülər yayıldı.

Nə baş verir? Ermənilər indi niyə hərəkətə gəliblər?

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da millət vəkili Vahid Əhmədovla “Canlı debat” verilişində müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edəcək.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR