İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Ərdoğan F-16 qırıcılarını Azərbaycana GÖNDƏRİR, Rusiyanın TƏXRİBAT planına HAZIRLIQ....

“Rusiyanın bu dəqiqə Azərbaycana qarşı belə bir aqressiya təşkil etməyə gücü yoxdur. Bu, yüz faiz belədir. Onun bu dəqiqə belə bir gücü yoxdur. O, ancaq Xəzər dənizindən Dağıstandan qoşun yığıb, Bakəya gəlib çıxa bilməz. Türk ordusu Azərbaycana gələcək. Azərbaycanla müqaviləsi var. Rusu ən azı Rostova qədər qovar rusu”.

Bu sözləri dünən TV Müsavata müsahibəsində eks spiker Rəsul Quliyev bildirib. Onun sözlərinə görə, Rusiyanın Qarabağ müharibəsində professional olmuş Azəfrbaycan orusuna qarşı müharibə etməsi mümkün deyil: “Yeganə təhlükə Xəzər dənizi üzərindən Rusiyanın Azərbaycana nəsə atmasıdır. Onun üçün də əvvəldən tədbir görülə bilər. 2-ci Qarabağ savaşı zamanı Türkiyə F16-larını gətirib Gəncədə saxlanışdı. Görsək ki, elə bir qorxu var, həmin F16-lar yenidən Azərbaycana gəlməlidir. O F16-lar Rusiyanın Xəzərdə olan gəmilərini 3 saata məhv edə bilər. Rusiyanın elə böyük gəmiləri yoxdur. Paralel İran da bizim əleyhimizə hərəkətə keçməz. İranla da söhbət etmək lazımdır. Xəzərin böyük hissəsi İrana aiddir. Türkmənistan, Qazaxıstan, müsəlman dini olan avtonom ölkələr – Dağıstan, Tatarıstan -hər biri ilə iş aparmaq lazımdır. Putin başa düşməldiir ki, Azərbaycana qarşı hərəkət bütün müsəlman ölkələrini hərəkətə keçirəcək”.

Bu, mümkün görünürmü? Türkiyə belə bir həmlə edə bilərmi? Münasibətlər hara qədər gərginləşə bilər?

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.10-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi şərhçi Əli Mustafadır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR