Onlayn ictimai-siyasi qəzet
Brüsseldəki görüş Azərbaycan prezidentinin vaxt azlığı səbəbindən baş tutmayacaq. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan belə deyib. “Azərbaycan prezidentinin vaxtı yox idi. Biz indi də görüşə hazırıq. Ümid edirəm ki, səbəb həqiqətən vaxt azlığıdır və görüşün yeni tarixlərini müəyyən etmək mümkün olacaq. Ermənistan görüşə hazırdır, artıq qeyd etdiyim kimi, biz sülh gündəliyinə sadiqik”, - Mirzoyan bildirib.
O əlavə edib ki, ümumilikdə Qranadakı bəyanatda yeni heç nə yoxdur, iyulda keçirilən üçtərəfli görüşdən sonra səslənən prinsiplər təkrarlanıb və ondan sonra Azərbaycan və Ermənistan tərəfindən heç bir etiraz olmayıb: “İki gün əvvəl Tehranda qeyri-rəsmi təmaslar apardıq və Ermənistan sülh prosesini, o cümlədən sülh müqaviləsinin əldə olunması istiqamətini sürətlə davam etdirməyə hazırdır. Bizim yanaşmalarımız məlumdur”.
Səbəb isə əslində bu gün Klaarın açıqlamasında gizlənib. Klaar görüşün olmayacağı barədə açıqlamasında bildirir ki, görüşdə sülh müqaviləsi və “ermənilərin Qarabağa qaytarılması üçün sazişin imzalanması” nəzərdə tutulurdu.
Prezident Əliyev ermənilərin Qarabağa məcburi qaytarılmasını nəzərdə tutan Makron hiyləsinin toxuduğu hansısa sazişə niyə imza atmalıdır? Ermənilərin Azərbaycana məcburi şəkildə köçünü təmin etməyə çalışan Makron Qranadada buna nail olmadıqdan sonra Brüsseldə nəyi və hansı strateji məqsədlə həyata keçirmək istəyir?
Böyük ehtimal odur ki, İlham Əliyev gündəliyə ciddi şəkildə etiraz edib. Reallığı əks etdirən gündəm isə budur: Azərbaycanla Ermənistan arasında sülh sazişi, sərhədin delimitasiya və demarkasiyası, o cümlədən regional kommunikasiyanın blokdan çıxarılması. Bu gündəliyə ermənilərin zorla, Bakının üzərinə xüsusi öhdəlik qoyulmaqla qaytarılması daxil ola bilməz!
Qeyd edək ki, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistan liderlərinin bu ay Brüsseldə görüşməyəcəyini bildirmişdi. Bundan əvvəl isə oktyabrın sonunda Brüsseldə üçtərəfli (Əliyev-Paşinyan-Mişel) görüşün mümkünlüyü bildirilmişdi.
Yaxın Şərq alov içindədir. Hadisələrin coğrafiyası genişlənə bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağında vəziyyətin gərginləşməsi ilə əlaqədar İsrailə səfərini ləğv edib. Musavat.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlament fraksiyasının toplantısında çıxışı zamanı deyib. “İsrailə səfər proqramım var idi, onu ləğv etdim, səfər olmayacaq”, - o bildirib. “HAMAS terror təşkilatı deyil, öz torpaqlarını və vətəndaşlarını qorumaq üçün mübarizə aparan mücahid qrupudur”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı bildirib. O qeyd edib ki, Türkiyənin İsrail dövləti ilə heç bir problemi yoxdur, “lakin ölkəsi İsrailin törətdiyi vəhşilikləri və onların dövlət deyil, bir təşkilat kimi fəaliyyət göstərmələrini heç vaxt qəbul etməyəcək”.
Gündəm ikinci mövzu isə Rusiyanın Birinci Kanalında Nikol Paşinyan və digər Ermənistan rəsmiləri haqqında yayımlanan verilişdir. Bu da iki ölkə arasında qalmaqal böyüyür. Verilişdə Nikol Paşinyan və erməni rəsmiləri ilə bağlı təqdim edilən məlumatlar İrəvanda rezonans doğurub.
Rusiya kanalının efirində Nikol Paşinyanın saatının qiymətinə xüsusi diqqət çəkilib. Efirdə onun “milyon dollarlıq saat” adlandırılması erməni ictimaiyyətində müzakirələrə səbəb olub.
Paşinyanın həyat yoldaşı Anna Akopyanən rəhbərlik etdiyi “Armtimes” saytında Birinci Kanalda yayımlanan verilişə imzasız məqalə ilə cavab verilib. Burada Rusiya elitasının lüks həyatı, onları diləgətirən Aleksey Navalni kimi müxalifət nümayəndələrinin isə həbs atıldığı vurğulanıb.
Məqalədə birbaşa Putin hədəf alınıb, onun bahalı həyat tərzinə diqqət çəkilib. Yazıda deyilir: “Çətin ki, Putin Rusiyasında bürokratların dəbdəbəli həyat tərzini “quru maaşla” təmin etmək mümkün olsun. Putin və onun yanındakıların həyatını ifşa edən bəzi müxalif nümayəndələri isə həbsə atılırlar.
Məsələn, 19 il cəza verilən Navalni kimi. Bu yayımın Rusiya Federasiyasının siyasi elitasının əziyyət çəkdiyi bir zarafat, yoxsa təbliğat səviyyəsindəki paranoya olduğunu deyə bilmərik. Ancaq bir şeyi dəqiq deyə bilərik ki, Rusiya təbliğatı heç vaxt bu qədər aşağı səviyyədə, ucuz olmayıb”.
Məqalədə Paşinyanın əleyhinə buraxılışın yayımlanmasının səbəbi onun qərbyönümlü siyasəti olaraq göstərilir. Burada bəzi Ermənistan KİV-lərinin Rusiya tərəfindən idarə edildiyi, Paşinyanın saat qiymətinin şişirdilməsinin Kremlə işləyən ermənilərin işi olduğu bildirilir. Həmçinin Ermənistan Baş nazirinin hələ 2018-ci ildə saatlarla bağlı yayılan iddialara verdiyi cavab yazıda bir daha vurğulanıb.
Paşinyanın illər öncə milyon dollar, ya da 50 min dollarlıq deyil, İrəvan istesalı olan 75, 105 min erməni dramı dəyərində, yəni çox ucuz saatlar taxdığını açıqladığı önə çəkilib.
Ermənistan tərəfi həmişə Rusiyaya qarşı layiqli davranıb. Musavat.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. Onun sözlərinə görə, Ermənistan heç vaxt müttəfiqlik və tərəfdaşlıqdan kənar davranış nümayiş etdirməyib.
Spikeri qeyd edib ki, Rusiya nəsə etməyə çalışır, bu da Ermənistan cəmiyyətində əks effekt verir. O, Rusiyanın birinci kanalında Ermənistan rəhbərliyini tənqid edən proqramdan danışıb: "Mən onların məsləhətçiləri kimdir, bilmirəm, növbəti dəfə belə bir şey etmək barədə iki dəfə düşünsünlər".
TVMusavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını professor Qabil Hüseynli cavablandırır.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ