Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya, Hind okeanında yerləşən Çaqos adaları üzərindəki suverenlikdən rəsmi şəkildə imtina etmək qərarına gəlib.
Musavat.com xəbər verir ki, əldə olunan razılaşmaya əsasən, London bu ərazini Mavrikiyə təhvil verəcək, lakin strateji əhəmiyyət daşıyan Dieqo-Qarsiya hərbi bazasını illik 100 milyon funt-sterlinqdən artıq məbləğlə 99 illik icarəyə götürəcək.
Britaniyanın baş naziri Kir Starmer bu barədə keçirilən mətbuat konfransında çıxış edərək bildirib ki, sözügedən hərbi baza "son dərəcə vacib strateji obyekt" hesab olunur. Onun sözlərinə görə, baza İraq və Əfqanıstandakı hərbi əməliyyatlar zamanı Britaniya hərbi hava qüvvələrinin yerləşdirilməsi üçün istifadə olunub.
Musavat.com
23 May 2025
22 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ