İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Bu ölkə hər an Türkiyənin qapısını döyə bilər - ŞOK

Kolumbiya prezidenti Qustavo Petronun İsraili tənqid etməsindən sonra iki ölkə arasındakı gərginlik artıb.

Musavat.com xəbər verir ki, Təl-Əviv rəhbərliyi "İsrail nasistlər kimi Fələstin xalqına qarşı soyqırım törədir" deyən Petro ilə bütün diplomatik əlaqələri kəsməyə və Kolumbiyaya silah satışını dayandırmağa qərar verib.

Buna cavab olaraq Kolumbiya lideri X hesabında paylaşım edib: "İsraillə əlaqələrimizi dayandırmalı olsaq, bunu edəcəyik. Biz soyqırımı dəstəkləmirik. Siz Kolumbiya prezidentini təhqir edə bilməzsiniz. Mən Latın Amerikası ölkələrini Kolumbiya ilə əsl həmrəylik nümayiş etdirməyə çağırıram".

israil-filistine-destek-veren-ul (2).jpg (70 KB)

İsrailin satışını dayandırdığı silah sistemləri bir sıra hava hücumundan müdafiə raketləri və radarlardan ibarətdir. Boqota administrasiyası 2023-cü ilin əvvəlində “Barak MX” adlı alçaq/orta hündürlükdə hava hücumundan müdafiə sistemini təchiz etmək üçün İsraillə 131 milyon dollarlıq müqavilə imzalayıb. Bu raketlər maksimum 30 kilometr məsafədəki hava hədəflərini vura bilir.

Kolumbiyanın İsraildən başqa bir sifarişi zirehli maşına quraşdırılmış uzaqdan idarə olunan avtomat pulemyot olub. Browning M2A2 tipli pulemyotlar üçün Samson Uzaqdan İdarə olunan Silah Stansiyası ilə müqavilə bağlayan Kolumbiya inventarındakı zirehli texnikanı 12,7 və 30 mm çaplı ağır silahlarla təchiz etməyi planlaşdırırdı. Boqota administrasiyası həmçinin İsrail istehsalı olan “Spike-NLOS” tank əleyhinə sistemini özünün 55 zirehli maşınına inteqrasiya etmək niyyətində idi.

Türkiyə mediası yazır ki, iki ölkə arasında yaranan böhran Türkiyənin müdafiə sənayesi üçün yeni bir qapının açılması mənasına gələ bilər.

Çünki bu ölkənin İsraildən tələb etdiyi bütün silahların Türkiyədə alternativi var: aşağı/orta hündürlükdə hava hücumundan müdafiə sistemləri sahəsində CİRİT, KORKUT, SUNGUR, HİSAR-A + və HİSAR-O +, SİPER-i misal göstərə bilərik.

israil-filistine-destek-veren-ul.jpg (58 KB)

Türkiyənin Kolumbiyanın zirehli maşınları üçün təmin etmək istədiyi stabilləşdirilmiş pulemyot və toplar üçün geniş məhsul siyahısı var. Başda ASELSAN olmaqla, CANİK və SARSILMAZ şirkətləri bu tip silahları istehsal edərək onlarla ölkəyə bazara çıxarır. ROKETSAN və ASELSAN-ın Cənubi Asiya ölkələri ilə hava hücumundan müdafiə sistemləri ilə bağlı ixrac müqavilələri var.

Kolumbiyanın İsraildən istədiyi başqa bir məhsul olan tank əleyhinə silahlarda da Türkiyə bazarı kifayət qədər genişdir. KARAOK, OMTAS və UMTAS kimi idarə olunan tank əleyhinə silahlar ROKETSAN tərəfindən hazırlanaraq ixrac edilir.

ROKETSAN, həmçinin İsrailin Rafael şirkəti tərəfindən istehsal edilən Spike-NLOS-a bərabər bir məhsul hazırladığını açıqlayıb. UMTAS-GM adlı silah 32 kilometr məsafədən tankları və zirehli texnikaları vura bilən “Spike” raketlərinə meydan oxuyur. Müxtəlif versiyalarda istehsal olunacaq UMTAS-GM-lərin diapazonu 25, 30 və 40 kilometr olacaq.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR