Onlayn ictimai-siyasi qəzet
Şimali Koreya əsgərləri dövlət sərhədini keçərsə, Ukrayna ordusu onlara zərbə endirməlidir. ABŞ Prezidenti Co Bayden deyib. Bayden şimali koreyalı hərbçilərin Kursk vilayətində olmasından narahatlığını bildirib.
“BRİKS-in Kazan sammitinin nəticələri göstərdi ki, Qərbin Rusiyanı beynəlxalq aləmdə təcrid etmək cəhdləri fiaskodur”. Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Rusiyanı beynəlxalq arenada təcrid etmək cəhdləri də tam fiaskodur.
Dünyanın əksər ölkələri Qərbdən nümunə götürmür, Rusiyanın sədrliyi ilə Kazanda keçirilən BRİKS sammitinin nəticələri buna sübutdur", - deyə o, xaricdə yaşayan rusiyalı həmvətənlərin səkkizinci ümumdünya konqresinin açılışında bildirib.
Lavrov bildirib ki, bütün cəhdlər uğursuzluğa məhkumdur: "ABŞ-nin başçılıq etdiyi kollektiv Qərb Rusiyanı sistematik şəkildə cilovlamaq üçün öz səylərini sözün əsl mənasında ikiqat artırdı və ölkəmizə qarşı genişmiqyaslı hibrid təcavüzə başladı, necə deyərlər, strateji məğlubiyyətə nail olmağı qarşısına məqsəd qoydu".
Ukrayna qüvvələri hücumlar zamanı 33 ədəd İran istehsalı olan "Şahid 136/131" dronunu zərərsizləşdirib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun moderatorluğu ilə Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli və Ədalət, Haqq, Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı postsovet məkanında Qərb-Rusiya mücadiləsini müzakirə edirlər.
30 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ