İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Bakı separatçıları QOVDU: saat 13.00-də sərhəddə bu oyun gerçəkləşəcək – Fuad Abbasovla CANLI

Rusiya sülhməramlıları Ermənistanın təxribatından sonra bağlanan Laçın postunun açılması üçün Azərbaycanla danışıqlar aparır. Bu barədə Ermənistan mediası məlumat yayıb.

Erməni mənbələr bildirir ki, sülhməramlılar postun avtomobillərin keçidi üçün açılmasını istəyirlər, Bakının isə öz tələbləri var. Bu tələblərə baş verən təxribata görə Ermənistanın məsuliyyəti üzərinə götürməsi də daxildir. Məlumatlara görə, postun açılması ilə bağlı danışıqlarda Xankəndidəki separatçılar da iştirak etmək istəyib, lakin Azərbaycan tərəfi birmənalı olaraq bundan imtina edib. Danışıqları sülhməramlılar aparır.

Bunu separatçıların qondarma “ombudsmanı” Qeqam Stepyan da təsdiq edib. Bildirib ki, danışıqları sülhməramlılar aparır, onlar iştirak etmir.

Bu günlərdə isə Ermənistan Naxçıvanla sərhəddə qurduğu oyunu bu gün rəsmiləşdirir. İşğal altında qalan Kərki kəndi ilə Naxçıvan arasında yerləşən Arazdəyəndə metallurgiya zavodu inşa edən Ermənistan bu gün saat 13:00-da zavod ərazisində ABŞ bayrağını qaldıracaq.

Metallurgiya zavodu ABŞ-da fəaliyyət göstərən “CS Global Investments” (sahibi Hindistan əsilli Bobbi Kanqdır) və “Virtual Funding” (sahibi Ermənistan vətəndaşı Qriqor Ter-Qazaryandır) şirkətlərinin investsiyası hesabına inşa edilir. Belə bir zavodun Arazdəyəndə inşa edilmə planı Kərki kəndinin hərbi yolla azad edilməsi perspektivinin önünü kəsməyə hesablanıb. Çünki ABŞ öz şirkətlərinin investisiya qoyduğu ərazilərdə hərbi gərginliyin olmasının əleyhinə çıxır. İrəvan da məhz ABŞ investisiyasını Arazdəyənə gətirməklə Azərbayanın Kərki ilə bağlı mümkün planlarının önünü kəsməyi düşünür.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində tanınmış jurnalist Fuad Abbasovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR