İnsanlara hürriyət, millətlərə istiqlal!

Təcili: AZAL-ın təyyarəsi qəzaya uğradı - VİDEO

Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Musavat.com xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

***

Aktauda təyyarənin qəzaya uğradığı yerə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin 52 canlı qüvvəsi və 11 texnikası gəlib.

Təyyarənin göyərtəsində 67 sərnişin və 5 ekipaj üzvü olub.

Qazaxıstan mediasının məlumatına görə, hazırda zərərçəkənlər dəqiqləşdirilir; ilkin məlumatlara görə, sağ qalanlar var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR