İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada yaşayış binasında PARTLAYIŞ, seçki məntəqəsinə DRON HÜCUMU – NATO Rusiyadan QİSASA BAŞLADI

Seçkilər zamanı Belqorod vilayətində üç, Bryansk vilayətində bir seçki məntəqəsi PUA hücumuna məruz qalıb. Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova deyib. MSK sədri hücuma məruz qalan seçki məntəqələrinin yerinin dəyişdirildiyini bildirib.

Pamfilovanın sözlərinə görə, səsvermə başqa yerə keçirilib:

"Öncədən ciddi hazırlıq işləri görülmüş, sürətli evakuasiya sistemi yaradılmışdır".
Xatırladaq ki, bu gün Rusiyada səsvermənin sonuncu günü keçirilib. Rusiya vətəndaşları qubernator, parlament üzvləri və yerli hakimiyyət orqanlarının nümayəndələrini seçiblər.

Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərində çoxmərtəbəli binada partlayış baş verib.

Bu barədə vilayətin qubernatoru İqor Kobzev məlumat yayıb.

Partlayış nəticəsində bir nəfər ölüb, üç nəfər isə xəsarət alıb.

Partlayışa qaz sızmasının səbəb olduğu bildirilir.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi ekspert Azər Həsrətdir. Müzakirədə tamaşaçılarımız da işitrak edə bilər.

Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musava

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR