İnsanlara hürriyət, millətlərə istiqlal!

Təcili: AZAL-ın təyyarəsi qəzaya uğradı – 10 nəfər sağ qalıb

25 dekabr 2024-cü il tarixində Azərbaycan Hava Yollarına (AZAL) məxsus Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Hadisənin detalları:

• Qəza yeri: Təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında yerə düşüb.
• Həyəcan siqnalı: Qəzadan əvvəl təyyarə təcili vəziyyət siqnalı verib.
• Xilasetmə əməliyyatı: Hadisə yerinə xilasetmə qrupları cəlb olunub və yanğın söndürülüb.
• Yaralılar: Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, sağ qalanlar var.

Ölü sayı barədə 67 rəqəmi yayılıb.

Səbəblər və araşdırma:

• Hadisənin dəqiq səbəbləri hələ açıqlanmayıb. Ekspertlər qəza ilə bağlı təhqiqatlara başlayıblar.

Bu və gündəmdəki bir çox hadisələri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı "Canlı debat" verilişində müzakirə edəcəyik. Qonağımız deputat Siyavuş Novruzovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR