Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski təsadüfən uzaqmənzilli silahlarla Rusiyaya zərbələr barədə etirafı dilinə gətirib.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova səsləndirib.
“Zelenskinin bəyanatı "mükəmməl"dir, əvvəlkiləri kimi... Amma bir cümləsi həqiqətən də diqqətəlayiqdir: “Biz bu silahı ilk dəfə deyil ki, istifadə edirik”.
Bir növ belə: ata, niyə bizə qırılmış pəncərəyə görə cəza verirsən, axı biz onları ilk dəfə deyil ki, sındırırıq?!”, - deyə Zaxarova söyləyib.
Zaxarova Ukrayna lideri barəsində təhqiramiz ifadələr də işlədib: “Zelenskinin təkcə vaxtı keçməyib, o, həm də iylənib”.
Slovakiya Baş naziri Robert Fitso və Serbiya Prezidenti Aleksandr Vuçiç 2025-ci ilin mayın 9-da Moksvada keçiriləcək Qələbə Paradında iştirak edəcəklər.
Bu barədə Slovakiya Baş naziri Robert Fitso deyib.
O bildirib ki, Vuçiçlə eyni fikirləri bölüşür və faşizmlə mübarizə aparan ölkələrə hörmət əlaməti olaraq sözügedən tarixdə Moskvada paradda iştirak edəcəklər.
Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi ekspert Fikrət Yusifovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ