İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! ABŞ səssizliyi pozdu - Ordu tam hazır vəziyyətdədir

Keçən həftə Çinə aid olduğu açıqlanan casus şarını vuran ABŞ bir müddət əvvəl Kanada üzərində də oxşar əməliyyat həyata keçirib.

Musavat.com xəbər evrir ki, bu barədə general Qlen VanHerk açıqlama verib.

VanHerk ABŞ-a məxsus F-16 döyüş təyyarələrinin ABŞ-Kanada sərhədindəki Huron gölünə səkkizbucaqlı bir cisim vurub salmasından sonra mətbuat konfransı keçirib.

VanHerkə vurulan obyektin Yer kürəsindən kənar mənşəli olub-olmadığı barədə sual ünvanlanın. ABŞ generalı UNO (Uçan Naməlum Obyekt) ehtimalının da araşdırıldığını bəyan edib.

Mövzu ilə bağlı başqa bir açıqlama isə Senat çoxluğunun lideri Çak Şumerdən gəlib.

Şumer cümə və şənbə günləri Şimali Amerika hava məkanına girən uçan obyektlərin casus şarları olduğuna inandığını söyləyib.

O, Pekinin, "yəqin ki, dünyanın hər yerində yerləşən" hava şarları parkının olduğunu deyib.

Qeyd edək ki, ABŞ ordusu bu ayın əvvəlində şübhəli Çin casus şarını məhv etdikdən sonra yüksək hazırlıq vəziyyətindədir.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR