İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! ABŞ-ın Ukrayna ilə bağlı ŞOK PLANI deşifrə oldu - Yaxın vaxtlarda...

ABŞ-ın ən nüfuzlu qəzetlərindən biri olan “The New York Times” Vaşinqton hökumətinin yaz hücumunda Ukraynaya yardım planlarının Telegram və Twitter vasitəsilə sızdığını və sosial mediaya yayıldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, ABŞ-ın Müdafiə Nazirliyi “təhlükəsizliyin pozulması”nı nəzərdən keçirdiyini açıqlayıb, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq departamentin məsələni araşdırdığını qeyd edib.

“The New York Times” yazır ki, məxfi sənədlərdə silah tədarükü, həmçinin batalyon qüvvələri kimi həssas məsələlərlə bağlı cədvəllər və təfərrüatlar var.

Sözügedən sənədlərdəki məlumatların ən az 5 həftəlik olduğu və ən son tarixin 1 Mart olduğu qeyd olunub.

642ffd594e3fe10b6040dc50.jpg (168 KB)

Qəzet “tam məxfi” olduğunu qeyd etdiyi sənədlərin rusiyayönlü kanallarda sürətlə yayıldığına diqqət çəkərək, sözügedən kəşfiyyat məlumatlarından birinin Ukraynanın 12 döyüş briqadasının təlim proqramlarını ehtiva etdiyini yazıb. Bu briqadalardan 9-u ABŞ və NATO qüvvələri tərəfindən hazırlanır.

Digər kritik sənəddə Ukraynanın nəzarəti altında olan hərbi sursatlar, o cümlədən ABŞ istehsalı olan HIMARS raket sistemləri ilə bağlı təfərrüatlar var.

Silah tədarükü, hərbi xərclər və hücum planlarının təfərrüatlı qrafiklərini özündə əks etdirən orijinal sənədlərin necə sızdırıldığı və sosial mediada necə yayıldığı hələ məlum deyil.

Qəzet Bayden administrasiyasının sosial şəbəkələrdəki paylaşımların qarşısını almağa çalışdığını, lakin buna nail ola bilmədiyini iddia edib, vəziyyət ABŞ üçün böyük təhlükəsizlik pozuntusu kimi şərh edilib.

642ffd3f4e3fe10b6040dc4d.jpg (159 KB)

Bildirilib ki, bu gün ABŞ mətbuatında yayılan xəbərlərdə Ukraynanın yazda həyata keçirməyi planlaşdırdığı böyük hücumun yeri və vaxtı kimi mühüm məlumat yoxdur.

Bəzi hərbi analitiklərin fikrincə, sənədlər Rusiyanın başçılıq etdiyi dezinformasiya kampaniyasında dəyişdirilib.

Qeyd edək ki, müharibənin davam etdiyi bir il ərzində Birləşmiş Ştatlar Ukraynaya komandanlıq məntəqələri, sursat anbarları və Rusiya hərbi xətləri boyunca digər əsas nöqtələr haqqında məlumat verib.

ABŞ tərəfindən real vaxt rejimində verilən kəşfiyyat məlumatları ukraynalılara Rusiya qüvvələrini hədəfə almağa və yüksək səviyyəli generalları öldürməyə imkan verib. Budəfəki məlumat sızması isə müharibə başlayandan bəri ictimaiyyətə açıqlanan ilk Rusiya kəşfiyyatı kimi qeydə alınıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR