İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! ABŞ-ın TERROR OYUNU - Skandal addım atıldı

ABŞ Baş Qərargah Rəisləri Komitəsinin sözçüsünun açıqlaması Amerikanın terror təşkilatı ilə əməkdaşlığını bir daha ortaya qoyub...

İŞİD bəhanəsi ilə YPG/PKK-ya dəstəyini kəsməyən ABŞ qalmaqallı addım atıb.

Musavat.com xəbər verir ki, ABŞ-ın Baş Qərargah rəisi general Mark Milley Suriyanın şimalında, terror təşkilatı YPG/PKK-nın nəzarətində olan bölgələrə səfər edib.

0 (61).jpg (82 KB)

ABŞ Baş Qərargah Rəisləri Komitəsinin sözçüsü polkovnik Deyv Batler qalmaqallı səfərdən danışıb: "General Milley ABŞ komandirləri və qoşunları ilə görüşmək üçün Suriyanın şimalına səfər edib".

"O, İŞİD-lə mübarizə missiyası haqqında ən son məlumat alıb, qüvvədən qorunma tədbirlərini nəzərdən keçirib və Hol qaçqın düşərgəsində qaçqınların geri qaytarılması səylərini qiymətləndirib", - Batler deyib.

ABŞ mətbuatının yazdığına görə, onunla birlikdə səyahət edən jurnalistlərin Suriyada 900-ə yaxın Amerika əsgərinin yerləşdirilməsinin riskə dəyər olub-olmaması ilə bağlı sualına Milley belə cavab verib: “Əgər bu sualın vacib olduğunu düşünürsənsə, mənim cavabım bəli”.

0 (59).jpg (69 KB)

Qeyd edək ki, YPG ABŞ və Türkiyədə terror təşkilatı kimi tanınan PKK-nın Suriya qoludur. ABŞ-ın YPG-yə dəstəyi uzun müddətdir Ankara ilə Vaşinqton arasında münasibətləri gərginləşdirib.

Türkiyə mətbuatı Mark Milleyin Suriyanın şimalında, terror təşkilatı YPG/PKK-nın nəzarətində olan bölgələrə səfərini "ABŞ-ın terror oyunu" kimi şərh edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR