İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! ABŞ-dan bu ölkəyə SƏRT REAKSİYA - Qırmızı xətlər keçilir

Rusiya-Ukrayna müharibəsinin başlamasından bu yana Çin və Rusiya münasibətlərini yaxından təqib edən Avropa İttifaqı mövzu ilə bağlı açıqlama verib.

Musavat.com xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell iki ölkə arasında mümkün silah mübadiləsinə diqqət çəkib.

Josep Borrell qeyd edib ki, Çinin Ukraynada istifadə üçün Rusiyaya silah tədarük etməsi Aİ-nin “qırmızı xətti” olacaq. 

Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken Ankara səfəri zamanı “Çinin Rusiyaya, xüsusən də Ukrayna müharibəsi zamanı silah dəstəyi vermək fikrindən narahatıq” deyib.

Bu bəyanatı xatırladan Borrell Çinin yüksək səviyyəli diplomatı, Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Xarici Əlaqələr Komissiyasının direktoru Vanq Yi ilə görüşdüyünü bildirib.

O, çinli diplomata Aİ-nin bu məsələ ilə bağlı narahatlığını dilə gətirdiyini deyib: "Onlardan bunu etməmələrini xahiş etdim. Bunun təkcə bizim üçün narahatlıq yaratmayacağını, həm də bizim üçün qırmızı xətt olacağını ifadə etdim. O mənə bunu etməyi planlaşdırmadıqlarını dedi".

Blinken Bayden administrasiyasının müharibə başlayandan bəri Çinə bununla bağlı dəfələrlə xəbərdarlıq etdiyini xatırladıb və Çinin Rusiyaya birbaşa silah dəstəyinin digər ölkələrlə münasibətlərinə təsir edə biləcəyi barədə bəyanat verib.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR