Onlayn ictimai-siyasi qəzet
Təbrizli Məhdiye Seyid Furuğiyə üç il həbs cəzası verilib.
Musavat.com Azərbaycan Siyasi Məhbusları Müdafiə Dərnəyi ( “ADAP” ) istinadən xəbər verir ki, Təbrizdə azərbaycanlı qadın Məhdiye Seyid Furuği 3 il müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı irəli sürülən ittihamlarla bağlı heç bir məlumat yoxdur.
Qeyd edək ki, İran hökuməti Məhdiyənin həbsdə olması xəbərinin yayılmasının qarşısını almaq üçün ailəsinə ciddi basqılar edib. O, vəkil tutmaq hüququndan məhrum olunub və işgəncə altında verdiyi etiraflar əsasında həbs cəzasına məhkum edilib.
Musavat.com
19 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ