İnsanlara hürriyət, millətlərə istiqlal!

Təbrizin “Traktor” komandasından zəlzələ bölgəsinə dəstək

Təbrizin “Traktor” futbol klubunun üzvləri zəlzələdən zərər çəkən insanlara yardım etmək və onlarla həmrəyliklərini bildirmək üçün Qərbi Azərbaycan əyalətinin Xoy şəhərinə gedəcəklər.

Musavat.com Gunaz.TV-yə istinadən bildirir ki, bu barədə “Traxtur” klubunun kapitanı Mehdi Kiyani məlumat verib.

“Bu həftə içində soydaşlarımızla həmrəyliyimizi bildirmək və onlara əlimizdən gələn qədər yardım etmək üçün Xoy şəhərinə səfər edəcəyik”,- tanınmış futbolçu bildirib.

Qeyd edək ki, Xoyda baş verən ardıcıl zəlzələlər nəticəsində 3 nəfər həlak olub, 1200-ə yaxın insan yaralanıb. İlkin məlumata görə, 73,5 min evə ziyan dəyib. Evləri dağılanlara yardım edilmədiyi üçün insanlar soyuq havada küçələrdə gecələməyə məcbur olur və ərzaq qıtlığı çəkirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR