İnsanlara hürriyət, millətlərə istiqlal!

Təbrizin millət vəkili Türkiyənin yardım təklifindən imtinaya etiraz edib

Təbrizin İran parlamentindəki millət vəkili Əhməd Əlirzabeygi İran hökumətinin zəlzələdən zərər çəkənlərə göndərilən xarici yardımlardan imtina etməsinə etiraz edib.

O, bu barədə fevralın 4-də Xoy Böhran Qərargahının toplantısındakı çıxışı zamanı bildirib.

"Türkiyənin Qızıl Aypara Cəmiyyətinin yardım təklifinin rəd edilməsi yersiz idi. Yardım iki xalq arasında bağların daha da güclənməsinə müsbət təsir edir",- Əlirzabeygi söyləyib.

Qeyd edək ki, Xoyda baş verən ardıcıl zəlzələlər nəticəsində 3 nəfər həlak olub, 1200 nəfərdən çox insan yaralanıb.

Qərbi Azərbaycan əyalətinin Mənzil Fondunun verdiyi məlumata görə, zəlzələ nəticəsində 9 250 ev istifadəsiz vəziyyətə düşüb.

Evləri dağılanlara yardım edilmədiyi üçün insanlar soyuq havada küçələrdə gecələməyə məcbur olur və ərzaq qıtlığı çəkirlər.//Gunaz.tv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR