İnsanlara hürriyət, millətlərə istiqlal!

Təbii qaz kəməri PARTLADI: 100-dən çox yaralı var

Malayziyanın Selangor əyalətində yaşayış məntəqələrinə yaxın ərazidən keçən təbii qaz kəməri partlayıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində 112 nəfər xəsarət alıb.

Yaşayış məntəqələrinə yaxın ərazidən keçən təbii qaz kəmərində baş verən partlayışdan sonra başlayan və saatlarla davam edən yanğın ətrafdakı evlərə və avtomobillərə keçib. Hadisə yerinə gələn yanğınsöndürənlər ərazidə yaşayan insanları təxliyə etməyə başlasa da, 112 nəfər xəsarət alıb, 49 evə ziyan dəyib.

Selangor əyalətinin səlahiyyətliləri Putra Heights məscidinin fövqəladə mərkəz elan edildiyini açıqlayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR