Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına gözlənilən səfəri zamanı Suriyanın yeni prezidenti Əhməd əl-Şaraa ilə görüşmək niyyətindədir.
Musavat.com xəbər verir ki, bu açıqlama ilə İsrailin i24News xəbər kanalı çıxış edib.
Mənbənin məlumatına görə, Tramp və əl-Şaraa arasında görüş Səudiyyə Ərəbistanının vəliəhdi və baş nazir Məhəmməd bin Salman Əl Səudun şəxsi vasitəçiliyi ilə təşkil edilib. i24News başqa heç bir təfərrüat vermir.
Aprelin 1-də Ağ Evin mətbuat katibi Caroline Levitt brifinqdə Trampın may ayında Səudiyyə Ərəbistanına gedəcəyini açıqlayıb. O, qarşıdan gələn səfərin konkret tarixlərini və ya digər təfərrüatlarını açıqlamayıb.
Musavat.com
08 Iyul 2025
07 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ