İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏBİB poliklinikalarda yaranan sıxlığın səbəbini açıqlayıb

Bu gün səhər saatlarından etibarən bəzi tibb müəssisələrində müraciət sayının çoxluğu ilə əlaqədar xəstəxana idarəetmə sisteminin işində texniki yüklənmələr yaranıb.

Bu barədə Musavat.com-un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Bildirilib ki, artıq mütəxəssislər tərəfindən optimizasiya işləri aparılıb, sistemin işi tam bərpa olunub.

Məlumat üçün bildirək ki, sosial şəbəkələrdə poliklinikalarda onlayn növbə sistemində problemlərin olduğu bildirilib. Vətəndaşların sözlərinə görə, sistemin işləməməsi səbəbindən poliklinikalarda sıxlıq yaranıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR