Onlayn ictimai-siyasi qəzet
"Fərid Səfərliyə TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan klinik psixoloqlar vasitəsilə psixoloji dəstək verə bilərik".
Bu barədə Musavat.com-a açıqlamasında TƏBİB-in ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Adilova bildirib.
O əlavə edib ki, bu barədə Fərid Səfərlinin anası ilə əlaqə saxlanılıb:" Zərurət üzrə göstərilə biləcək tibbi xidmətlər barədə məlumat verilib. Müraciət olunacağı təqdirdə ixtisaslı tibb xidmətlə təmin olunacaq".
Qeyd edək ki, İran həbsxanasından yenicə azad olunmuş Fərid Səfərlinin anası Dilarə Əsgərova saytımıza açıqlmasında TƏBİB-ə müraciət etmiş və oğlunun müayinə olunmasını xahiş etmişdi.
Afaq Mirayiq,
Musavat.com
22 Yanvar 2025
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ