Onlayn ictimai-siyasi qəzet
“Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 46 müraciət daxil olub”.
Musavat.com xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova deyib.
O qeyd edib ki, müraciətlər müxtəlif travmalarla bağlı olub: “Xəsarət alanlardan 45-i (27-si qadın, 18-i kişi olmaqla) aidiyyəti üzrə tibb müəssisəsinə hospitalizasiya olunub. 1 nəfərə (kişi olmaqla) isə yerində ilkin tibbi yardım göstərilib. Müraciətlər əsasən diz, çanaq, bilək, topuq, çiyin və əl nahiyələrinin travmaları ilə bağlı olub. Xəsarət alanlardan 1-i uşaq, digərləri isə 20-85 yaş aralığında şəxslər olub”.
Nigar HƏSƏNLİ,
Musavat.com
20 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ