İnsanlara hürriyət, millətlərə istiqlal!

TBMM-nin Xarici Əlaqələr Komitəsinin sədri Azərbaycana GƏLDİ - FOTOLAR

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay Azərbaycana səfərə gəlib.

Musavat.com xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Fuat Oktay dekabrın 6-dan 8-dək Bakıda keçiriləcək “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında iştirak edəcək.

Tədbirdə 13 ölkə parlamentinin və beynəlxalq təşkilatların 100-ə yaxın nümayəndəsinin iştirakı gözlənilir. Konfrans çərçivəsində ADA Universitetində “İctimai diplomatiyada Azərbaycan və Türkiyə parlamentlərinin nümunələri” mövzusunda dəyirmi masa da keçiriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR