İnsanlara hürriyət, millətlərə istiqlal!

Tbilisidə etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etdilər - VİDEO

Tbilisidə xüsusi təyinatlılar parlament qarşısında etiraz aksiyasını dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər.

APA-nın Tbilisi müxbirinin məlumatına görə, yerli telekanallar çərşənbə axşamı keçirilən mitinqi canlı yayımlayıb.

Qeyd edək ki, axşam saatlarından etibarən Gürcüstan parlamenti qarşısında yenidən etiraz aksiyası keçirilir. Parlament binasının girişinə toplanan siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri, media işçiləri, tələbələr və vətəndaşlar parlamentin plenar sessiyasında müzakirəyə çıxarılan “agentlər haqqında” qanuna etiraz edirlər. Aksiya iştirakçıları “Rusiya qanununa yox” şüarı səsləndirirlər.

Aksiya səbəbilə parlament binasının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, əraziyə çox sayda polis cəlb edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR