İnsanlara hürriyət, millətlərə istiqlal!

Tbilisi yaxınlığında meşə yanğını başlayıb

Tbilisi yaxınlığında yerləşən Tskneti, Tsavkisi, Baqebi və Napetvrebi kəndlərində eyni vaxtda meşə yanğını başlayıb.

Musavat.com-un xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

“Biz təsdiq edirik ki, hazırda Tbilisi yaxınlığında bir neçə yanğın var. Yanğınsöndürənlər və xilasedicilər artıq hadisə yerindədirlər və yanğınların aradan qaldırılması üçün bütün tədbirlər görülür”, - mətbuat xidmətindən bildirilib.

İdarədən verilən məlumata görə, bir neçə saat əvvəl Tbilisidə qalxan külək işi çətinləşdirir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR