İnsanlara hürriyət, millətlərə istiqlal!

Tayvana 115.000 dollarlıq səfər -Liz Trass həm səyahət edib, həm sərvət qazanıb

Böyük Britaniyanın keçmiş baş naziri Liz Trassa Tayvana dörd günlük səfər və ada rəhbərliyi ilə görüş üçün 3,58 milyon NT$ (115 min dollar) ödənilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə "Taiwan News" məlumat yayıb.

Bildirilir ki, Trass Tayvanın Xarici İşlər Nazirliyinin dəvəti ilə adaya gəlib,. O,  bu məbləğin böyük hissəsini, 101,000 dolları tədbirində çıxış etdiyi "Prospect" fondundan alıb.

Təxminən 13,000 dollar isə Tayvan Xarici İşlər Nazirliyi tərəfindən ona ödənilib.

Keçmiş baş nazir mayın 17-dən 21-dək adada səfərdə olub. Səfər zamanı o, Qərbin Çinlə yeni soyuq müharibəyə girdiyini bildirib. Onun fikrincə, Pekin öz donanmasını həyəcanverici sürətlə artırır və sülh dövründə ən böyük hərbi birləşməni həyata keçirir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR