İnsanlara hürriyət, millətlərə istiqlal!

Tayvan Çinə Uzaq Şərqi Rusiyadan geri almağı təklif edir

Çin Tayvan torpaqlarına iddialı olunca, Uzaq Şərqi Rusiyadan geri almalıdır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu açıqlama ilə tanınmamış ada dövlətinin prezidenti Lay Qinqde çıxış edib.

Onun fikrincə, ÇXR Tayvanı “ilhaq etmək” niyyətindədirsə, bu, əlbəttə ki, ərazi bütövlüyü naminə olmayacaq. “Əgər bu ərazi bütövlüyü naminədirsə, nə üçün Aygun müqaviləsi ilə verilmiş torpaqları Rusiyaya qaytarmır? Rusiya indi ən zəif vəziyyətdədir, elə deyilmi? Siz Rusiyadan o torpaqlardan imtina etməyi istəyə bilərsiniz, amma istəmirsiniz. Beləliklə, onların ərazi səbəblərinə görə Tayvanı işğal etmək istəmədikləri açıq-aydın görünür”, - deyə siyasətçi bildirib. O, həmçinin əmindir ki, Çin hakimiyyəti Sakit okeanın qərbində mövcud beynəlxalq nizamı məhv etmək istəyir.

1858-ci ildə Rusiya imperiyası ilə Qing imperiyası arasında bağlanmış Ayqun müqaviləsinə əsasən, iki ölkənin sərhədi Amur çayı boyunca müəyyən edilib. Nəticədə, müasir Amur vilayətinin əraziləri və Xabarovsk diyarının bir hissəsi Rusiya imperiyasının tərkibinə daxil olub. 1860-cı ildə növbəti müqaviləyə əsasən Pekin gələcək Primorsk diyarının ərazisini Rusiyaya verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR