Onlayn ictimai-siyasi qəzet
Hələ ötən ay Bakının Nizami rayonunda yerləşən “8-ci km Ticarət Mərkəzi”nin ətrafında küçə ticarətinin yığışdırılmasına başlanıldı. Ərazidə piştaxtalar sökülərək yerlər boşaldıldı. Obyekt sahibləri bildirdilər ki, satış yerləri noyabr ayının sonuna doğru yenidən bərpa olunacaq. Onlar bu müddət ərzində mallarını evə daşıyaraq satışın başlandığı günü gözləyəcəklər.
Onlara verilən vaxt- vədə isə artıq dolub. Bəs satış obyektlərinin bərpa olunacağına hansısa ümid varmı? İşsiz qalan satıcılar hazırda nə işlə məşğul olurlar. Suallarımıza cavab tapmaq üçün əraziyə baş çəkib satıcılarla söhbətləşdik. Onlar mallarının əldə qaldığını, satmağa piştaxta olmadığı üçün bəzilərinin pərakəndə satışla məşğul olduqlarını dedilər.
Burada hər kəsin gözü yolda, qulağı səsdədir. Hamı bir-birindən satışın bərpa olunacağı günü soruşur və Allahdan ümid kəsilməz deyirlər.
Şahanə Rəhimli
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ