İnsanlara hürriyət, millətlərə istiqlal!

“Taym-aut götürən Ermənistandır” - STM icraçı direktorundan unikal təhlil

“Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesində belə fasilələr bir neçə dəfə olub. Yüksək səviyyədə təmaslar və görüşlər olmasa da hər halda proses davam edir”.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) icraçı direktoru, hüquqşünas Sahib Məmmədov Musavat.com-a Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında taym-autun yaranmasını şərh edərkən belə deyib.

Mövcud vəziyyətin yaranmasının Ukrayna ətrafında yaşananlar, eyni zamanda Ağ Ev-in yeni sahibinin sərilədiyi qəribə performansla əlaqələndirilməsinə gəldikdə, S.Məmmədov bunları bildirdi:

“Əlbəttə, ABŞ-da prezident seçkilərinin nəticəsi və davam etməkdə olan və axırı hələ ki, görünməyə Rusiya-Ukrayna münaqişəsi də bütün qlobal proseslərə təsir edib. Amma istənilən halda növbəti fasiləni Azərbaycan götürməyib. Beynəlxalq vəziyyətdən asılı olmayaraq, Azərbaycanın sülh məsləsi ilə bağlı aydın və dəyişməyən mövqeyi var”.

Hüquqşünas bildirib ki, Azərbaycan Ermənistanlar sülh müqaviləsi bağlamaq istəyir və bu müqavilənin şərtləri beynəlxalq hüququn prinsiplərinə uyğundur: “Ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delmitasiya və demarkasiyası, Zəngəzur nəqliyyat dəhlizinin açılması, sonrakı dövrlərdə diplomatik münasibətlərin qurulması, azərbaycanlıların öz tarixi vətənlərinə dinc yolla qayıtması ilə bağlı yolların tapılması və qarşlıqlı razılaşma əsasında könüllü qayıdışın təşkili. Tərəddüd edən və beynəlxalq müstəvidə baş verən ən kiçik dəyişikliyə “həssaslıq” göstərən Ermənistandır. Bunun da səbəbləri aydındır. Ermənistan vəziyyətin onun xeyrinə dəyişəcəyinə hələ də ümidlər etməkdədir. Bu baxımdan sülh müqaviləsini bağlamağa tələsmir”.

S.Məmmədovun sözlərinə görə, Ermənistan XİN başçısı Ararat Mirzoyanın BMT İnsan Hüquqları Şurasının 58-ci sessiyasındakı çıxışı sülh proseslərinə xələl gətirən növbəti və məqsədli addımlardandır: “Ermənistan ABŞ demokratlarının timsalıda əsas dayaqlarından birini itirib və hazırda Tramp adminstrasiyası ilə əlaqələri möhkəmlədirməyə çalışır. Tramp adminstrasiyasında isə hələlik gündəlik daha ciddi məslələrlə bağlıdır. Ona görə də Ermənistan ABŞ-dan mövqe gözləyir və bunun üçün əlindən gələni edir. Fransa və Avropa İttifaqı da hazırda Ukrayna məsləsinə köklənib deyə bir növ Ermənistanı unudublar. Bir sözlə, taym-aut götürən Ermənistandır. Qənaətimə görə, Azərbaycanın mövqeyində heç nə dəyişməyib”.

ELŞAD,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

05 Mart 2025

BÜTÜN XƏBƏRLƏR