İnsanlara hürriyət, millətlərə istiqlal!

"Taxta bazarı"nda 1,5 milyonluq malı yanan sahibkar KİMDİR? - FOTO

Bir neçə gün əvvəl yanğın baş verən “Taxta bazarı”nda zərərçəkənlərdən biri keçmiş məmurdur.

Sözügedən şəxs sahibkar Əmrah Cəfərovdur.

O, uzun müddət keçmiş Nəqliyyat Nazirliyində işləyib. Nazirliyin Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakı sərnişin və yük daşımalarının təşkili İdarəsinin rəis müavini və Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini vəzifələrində çalışıb. Eləcə də Bakı Nəqliyyat Agentliyinin taksi fəaliyyətinin planlaşdırılması şöbəsinin müdiri olub.

Hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ə.Cəfərov yanğında ən çox zərərçəkənlərdən biridir.

O, İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, bir milyon yarımlıq malı yanaraq külə dönüb. Zərərçəkən yanğından bir gün əvvəl obyektə bir vaqon mal gətirildiyini söyləyib. Sahibkar yanaraq külə dönmüş obyektinin 800 kvadratmetrə yaxın olduğunu bildirib.

Qeyd edək ki, noyabrın 23-də Dərnəgüldə yerləşən “Taxta bazar”ında güclü yanğın baş verib. Hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektlərinin içərisindəki müxtəlif çeşidli (taxta-şalban və s.) mallar yanıb. Yanğın söndürülsə də, sahibkarlara xeyli sayda zərər dəyib. Fakta görə cinayət işi başlanıb.

Yanğının səbəbinin və dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün iş üzrə məhkəmə yanğın-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilib.

Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

SAHİBKAR.jpeg (272 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR