İnsanlara hürriyət, millətlərə istiqlal!

Tatoyandan Paşinyanla bağlı ŞOK SÖZLƏR

“Azərbaycan Prezidentinin dünənki müsahibəsi onun əvvəlki söylədiklərinin inkişafıdır. Bu, bir daha sübut etdi ki, “Vətəndaş sazişi” partiyasının elitası Ermənistanı öz birtərəfli diktəsi altına salıb”.

Musavat.com xəbər verir ki, bu sözlər Ermənistanın keçmiş ombudsmanı, revanşist baxışları ilə bilinən Arman Tatoyan tərəfindən səslənib.

Tatoyanın fikrincə, Paşinyan Azərbaycanın tələblərinə cavab verməkdə aciz qalıb.

““Vətəndaş sazişi” elitası və onun lideri dövlət hesabına – bütövlükdə Ermənistanın təhlükəsizliyi və mövcudluğu hesabına hakimiyyətdə qalmaq və əylənmək üçün hər şeyi edir. Məhz hakimiyyəti saxlamaq prioritetinə görə dövləti məhv etmək, ermənilərin müqavimətini zəiflətmək üçün əllərindən gələni edirlər. Ölkənin idarə olunması, insan hüquqlarının qorunması, silahlı qüvvələrin rəhbərlik sistemlərində və diplomatiyada ciddi problemlər yaranıb” - deyə Tatoyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR