Onlayn ictimai-siyasi qəzet
"Maraqlıdır, hakim partiyanın parlament fraksiyasının deputatları özlərinin yüksək rəhbərlərinin təhriki ilə Ermənistan Respublikası Cinayət Məcəlləsinin 329-cu maddəsində nəzərdə tutulmuş cinayəti ağırlaşdırıcı hallarla törətdiklərini dərk edirlərmi?"
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Tatoyan Fondunun yaydığı məlumatda deyilir.
Bəyanatda həmçinin bildirilir:
"Hakimiyyətin aşkar göstərişi ilə Tavuş yeparxiyasının primatına, arxiyepiskop Baqrat Qalstanyana və Erməni Apostol Kilsəsinin digər ruhanilərinə qarşı biabırçı, ləyaqətsiz saxtakarlıq və təhqir kampaniyası aparılır".
Tatoyanın xatırlatdığı Ermənistan Cinayət Məcəlləsinin 329-cu maddəsində dini, siyasi və ya digər baxışlara görə nifrət, ayrı-seçkilik, dözümsüzlük və ya düşmənçiliyin qızışdırılması və ya təşviq edilməsi məqsədi daşıyan açıq bəyanatlara görə cinayət məsuliyyəti nəzərdə tutulur. Bunun təxribatçı erməni keşişin yürüşünə nə dəxli olduğunu isə deyəsən adı çəkilən fondun özü də bilmir.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ