İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhməd Əl Şaraa: İsraillə münasibətlərin normallaşdırılması hələ gündəmdə deyil

Suriya və İsrail hazırda ikitərəfli münasibətlərin normallaşdırılmasını müzakirə etmirlər.

"Report" xəbər verir ki, bunu Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa bəyan edib.

Dəməşqdə jurnalistlərə açıqlama verən Əhməd Əl Şaraa qeyd edib ki, hazırda İsraillə sülh və normallaşma gündəmdə deyil. Bununla belə, o vurğulayıb ki, İsraillə təhlükəsizlik razılaşması Suriyanın hava məkanına və ölkənin ərazi bütövlüyünə hörmət əsasında olmalıdır.

"Əgər müvəffəqiyyətli olarsa, təhlükəsizlik razılaşmaları digər razılaşmalar üçün də əsas ola bilər. İsraillə təhlükəsizlik razılaşması Suriyanın hava məkanına və ölkənin ərazi bütövlüyünə hörmət əsasında olmalıdır".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Sentyabr 2025

17 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR