İnsanlara hürriyət, millətlərə istiqlal!

Tatarıstanda dron zavodu vuruldu - ölən və yaralananlar var

Ukrayna Tatarıstanda "Şahed" dronları istehsal olunan zavoda PUA zərbəsi endirib.

Musavat.com xəbər verir ki, məlumatı Tatarıstan rəhbəri Rüstəm Minnixanov Telegram hesabında yayıb.

Onun sözlərinə görə, zərərsizləşdirilən PUA "qalıqları" Elabuq rayonunda yerləşən avtozavodun binasına düşüb. Binada yanğın başlayıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

Minnixanov vurğulayıb ki, respublikada bütün müəssisələr, həyat təminatlı obyektlər stabil işləyir.

Rusiya Telegram kanallarında vurulan müəssisədən güclü qara tüstünün qalxdığını göstərən kadrlar yayılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2025

15 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR