İnsanlara hürriyət, millətlərə istiqlal!

Tatarıstan Kadırovun təcridxanada adam döyən oğlunu təltif etdi

Çeçenistan rəhbəri Ramzan Kadırovun 15 yaşlı oğlu Adam Kadırov Tatarıstanın ikinci mühüm ordeni olan “Dostluq” ordeni ilə təltif edilib. Kiçik Kadırova mükafatı Tatarıstanın rəhbəri Rüstəm Minnixanov təqdim edib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Çeçenistan rəhbərinin oğlunun “Dotluq” ordeni ilə təltif olunduğunui ilk elan edən şəxs Dövlət Dumasının bölgədən olan deputatı Adam Delimxanov olub. Onun sözlərinə görə, Kadırovun 15 yaşlı oğlu “millətlərarası və konfessiyalararası sülh və harmoniyanın möhkəmləndirilməsinə görə” mükafatlandırılıb. Bu barədə daha sonra Ramzan Kadırovun özü məlumat verib.

D.Dəlimxanov Adam Kadırovu cəsur, eyni zamanda güclü və perspektivli döyüşçü adlandırıb.

Tatarıstan rəhbəri Rüstəm Minnixanov şəxsən Çeçenistan Respublikasına gəlib və səfər zamanı Adam Kadırova orden verib

Mükafat Adam Kadırova Tatarıstanın əvvəlcə onu tənqid etməsinə görə üzr istəməsindən sonra təqdim edilib. Kiçik Kadırov Quranı yandırmaqda şübhəli bilinən jurnalist Nikita Juravelin təcridxanada döyəndən sonra “Çeçenistan Qəhrəmanı” adına layiq görülməsindən qəzəblənən deputat Azat Xamayev tərəfindən tənqid edilmişdi.

Xamayev demişdi: “Rusiya Federasiyasının subyektinin rəhbəri oğluna adam döydüyünə görə Qəhrəman adı verir. Daha sonra fikrini inkişaf etdirərək deyir ki, o, bütün müsəlmanların qəhrəmanıdır. Kim cavab verə bilər?”

Xamayev daha sonra bəyan edib ki, onun ifadəsi emosiyadan qaynaqlanıb, onun şəxsi fikridir və iki xalq arasında münasibətlərə xələl gətirə bilər.

Çeçenistanın Daxili İşlər Nazirliyi isə Adam Kadırovun 15 yaşı olduğuna görə cinayət işi başlamaqdan imtina edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR