İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanış olduğu qadınları soyan azərbaycanlı TUTULDU

Türkiyədə sosial şəbəkədə tanış olduğu qadınları qarət edən azərbaycanlı saxlanılıb.

Hadisə İstanbul şəhərinin Bayrampaşa adlanan ərazisində baş verib. 27 yaşlı azərbaycanlı M.G. sosial şəbəkədən tanış olduğu qadının evinə gəlib. Evdə o, qadının telefonu və pul qabısını götürəndən sonra silahın qundağı ilə sifətinə xəsarət yetirərək qaçıb.

Qadının şikayətindən sonra həmin gənc saxlanılıb. Məhkəmənin qərarı ilə o, həbs edilib.

Qeyd olunub ki, M.G. bundan əvvəl də dəfələrlə eyni üsulla bir neçə qadına qarşı cinayət əməli törədib. /Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR