İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmışlar Heydər Əliyevin ad günü ilə bağlı nələr yazdılar?

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür. Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür.

Musavat.com xəbər verir ki, bu gün ölkə əhalisi Heydər Əliyevin məzarını ziyarət edir, xatirəsini yad edirlər. Eyni zamanda sosial şəbəkələrdə də onunla bağlı statuslar, məqalələr yazılır. 

Musavat.com tanınmışlardan bir neçəsinin paylaşımını təqdim edir:

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə böyük məqalə yazaraq ulu öndərin fəaliyyəti, Azərbaycanın b günü və dünəni üçün gördüyü işlərdən bəhs edib.  O bildirib ki, Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycana İlham Əliyev kimi praqmatik düşüncəli, yüksək intellektə malik lideri miras qoymasıdır.

Keçmiş maliyyə naziri, professor Fikrət Yusifov sosial şəbəkədə Heydər Əliyevlə fotosunu paylaşaraq qeyd edib:

“Ruhun şad olsun Ulu Öndər, Sən dahi idin...”

438163218_996466125166499_6494032456398497850_n.jpg (40 KB)

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu sosial şəbəkə hesabında yazıb:

“O olmasaydı, Azərbaycan 1993 fəlakətindən dövlət olaraq çıxa bilməyəcəkdi. Azərbaycan da, xalqımız da, Elçibəy komandası da onun sayəsində qorundu, qurtuldu. İndi yaşadığımız və 220 ilə yekun olan Böyük Zəfərimizin əsası əslində o zaman qoyuldu. Qurtulan Azərbaycan olmasaydı, Zəfərin Azərbaycanı da olmazdı! Allah ümummillli lider Heydər Əliyevə rəhmət etsin”. 


Deputat Elman Nəsirov Heydər Əliyevin fotosunu paylaşaraq rəhmət diləyib.

Deputat Sahib Alıyev Ulu öndərin fotosunu paylaşaraq – “Ruhu şaddır” statusunu yazıb.

Deputat Musa Qasımlı Heydər Əliyevin fotosunu payşaraq rəhmət diləyib.

Deputat Vüqar Bayramov da foto payşaraq qeyd edib: “Dərin və hörmətlə anırıq”

442405950_7908943135806363_1280451058560672214_n.jpg (26 KB)

Ekspert Elxan Şükürlü Heydər Əliyevin general mundirli fotosunu payşaraq yazıb:

“Onun məhz bu mundirli fotosu - təcrübəsini və dəmir intizamını ifadə edən şəkli kənddəki evimizin divarından asılmışdı... SSRİ kimi nəhəng bir dövlətin rəhbərliyindən uzaqlaşdırılmasına və Bakıda yaşayışına imkan verilməməsinə qədirbilən Naxçıvan camaatı da ellikcə bu böyük oğlunun fotolarını böyütdürüb evlərindən, avtomobillərindən asmaqla, onun arxasında bir Ordutək durmağa hazır olduğunu hər kəsə göstərməklə cavab vermişdi...

Dar günündə camaatımız onun, o da ölkənin ən çətin anlarında bütün Azərbaycan xalqının dadına yetişdi...

Heydər Əliyevin görmək istədiyi, arzuladığı Azərbaycan isə məhz indikiydi - işğaldan azad edilmiş, Qarabağı düşmənlərdən tamamilə təmizləmiş, dünya siyasətində öz rolu və yeri olan, bütöv və qüdrətli, gerçək müstəqil Azərbaycan!

Nə xoş o atanın halına ki, onun arzuladıqlarını həm də oğlu həyata keçirməyi bacarıb! Dərin minnətdarlıq və ehtiram hissiylə anırıq! Əminik ki, ən böyük azərbaycanlının indi bütün ölkə üzərində dolaşan ruhu şaddır!

Jurnalist Ləman Ələşrəfqızı  Heydər Əliyev barəsində yazıb. O, aşağıdakıları qeyd edib:

“Heydər Əliyevin nəhəngliyini ən qatı əleyhdarları da zaman-zaman təsdiq edib. Azərbaycan siyasətində ən mürəkkəb kombinasiyalar quran siyasət adamıdır. Ömür yolunun hər səhifəsi öyrəniləcək tarixi şəxsiyyətdir. Bu gün kimsə bu reallığı bilə-bilə, qəbul edə-edə əksini yazırsa, cılız adamdır. Necə ki, 20 əsr Azərbaycan tarixində yoxdan dövlət quran Rəsulzadə, Topçubaşov və sayğıdəyər cümhuriyyət kişiləri var, eləcə də o əsrin sonunda adını tarixə yazan Heydər Əliyev var. Hər birinin ruhu şad olsun”.

Jurnalist Elşad Paşasoy da Fəxri Xiyabandan foto paylaşaraq Heydər Əliyevlə bağlı fikirlərini yazıb:

Tarixi Şəxsiyyət! Ruhu şad, məkanı cənnətdir inşallah! Demişdi “Şuşaya…gedəcəyik, mütləq qayıdacağıq!” Qayıtdıq, üçrəngli bayrağımız bəzəyir Qarabağımızı, Şərqi Zəngəzurumuzu, layiqli davamçısı, Qarabağ Fatehinin Ali Baş Komandanlığı ilə. Belə bir gündə doğulmaq, Zəfərlərlə dolu Azərbaycan vətəndaşı olmaq, jurnalist olaraq tarixi qələbələrdən yazmaq xoşbəxtliyi varmış taleyimdə, şükürlər yaşadığım 50 ilə, acıları, şirinləri ilə birgə! Dövlətimizin əsgəriyik".

Allah rəhmət eləsin.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR