İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış müğənninin şəxsi mühafizəçisi SAXAL-a qoşuldu - FOTO

Amerikalı müğənni Teylor Sviftin mühafizəçisi İsrailə qayıdaraq İsrail Müdafiə Ordusuna (SAXAL) qoşulub.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, konsert turları zamanı sənətçinin mühafizəsini həyata keçirən şəxsin elə İsrail Müdafiə Ordusunun zabiti olduğu müəyyən edilib.

O sosial şəbəkə hesabında hərbi uniformada çəkilən fotosunu paylaşıb. Həmin mühafizəçi Teylorun konsertlərindən birində yayılan videosu ilə məşhurlaşmışdı.

O 6 saniyə ərzində sənətçinin 1000 nəfəriin olduğu izdihamdan çıxara bilmişdi. Mühafizəçi paylaşımında ABŞ-də rahat və firavan həyatı qoyub İsrailə getdiyini yazıb:

"ABŞ-da çox gözəl yuxu kimi bir həyatı geridə qoydum. Ailəm dediyim möhtəşəm dostlarım və çox rahat bir evim var idi. Bura gəlmək məcburiyyətində deyildim. Amma ailələr qətl edilərkən və canlı-canlı yandırılarkən səssiz qala bilməzdim".

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR