Onlayn ictimai-siyasi qəzet
7 iyul tarixində Ermənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Qurgen Arsenyan Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüş keçirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər ikitərəfli və regional gündəlikdə olan məsələləri müzakirə ediblər, o cümlədən yaxın zamanlarda baş tutacaq Rusiya-Ermənistan təmaslarının qrafiki dəqiqləşdirilib.
Rusiya tərəfi Ermənistanda Rusiya və ikitərəfli münasibətlər ətrafında konstruktiv informasiya mühitinin qorunmasının vacibliyini səfirə çatdırıb. Bu kontekstdə Moskva, aidiyyəti dövlət qurumları arasında növbəti məsləhətləşmə raundunun keçirilməsini təklif etdiyini yenidən təsdiqləyib.
Görüş, Ermənistan-Rusiya münasibətlərində gərginliyin artdığı, xüsusilə də Yerevanın Qərbə inteqrasiya kursunu gücləndirdiyi bir vaxtda baş tutub. Rusiya, bu fonda informasiya sahəsindəki narazılığını səfir səviyyəsində diplomatik şəkildə çatdırmağa çalışıb.
Musavat.com
08 Iyul 2025
07 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ