İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış müğənni vəfat etdi - FOTO

Türkiyənin tanınmış musiqiçilərindən biri olan Banu Kırbağ dünyasını dəyişib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, 74 yaşında həyatını itirən sənətçinin ölüm səbəbi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Xəbəri ilk dəfə onun yaxın dostu və həmkarı Melike Demirağ sosial şəbəkədə paylaşıb.

1951-ci il martın 2-də İstanbulda anadan olan Banu Kırbağ musiqi fəaliyyətinə 1969-cu ildə məktəb orkestrində solist kimi başlayıb. Daha sonra İstanbul Bələdiyyə Konservatoriyasında Şan və Solfec bölməsində təhsil alıb.

1970-ci illərdə peşəkar səhnəyə qədəm qoyan ifaçı “Ölsem de Bir Kalsam da Bir”, “Unutulur” və “Dert Olur” kimi mahnılarla musiqisevərlərin yaddaşında qalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR