İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış həkim Aydın Talışinski Prezidentə açıq məktub yazdı - MƏTN

Tanınmış həkim, Mir Mustafa Xan Talışinskinin nəticəsi Aydın Talışinski Azərbaycan Prezidenti İlham Əliyevə açıq məktub yazıb. Doktor A.Talışinski həmin məktubun bir nüsxəsini Musavat.com-a göndərərək onun dərc olunmasını xahiş edib.

Məktubun əhəmiyyətini və mövzunun aktuallığını nəzərə alaraq onu olduğu kimi dərc edirik:

Hörmətli cənab Prezident!

Səbirsizliklə gözlədiyimiz 7 fevral Prezident seçkilərində Sizə birmənalı dəstəyimizi özümün və ailəmin adından bildirmək istəyirəm.

Sizin rəhbərlik etdiyiniz 20 ildə Azərbaycan möhtəşəm uğurlar və zəngin nailiyyətlərlə irəliləyib. Bu illər monolit Azərbaycan xalqını formalaşdıran bütün etnosların həyatında silsilə qələbələrlə zəngin, hər sahədə, hər peşədə, cəmiyyətin bütün istiqamətlərində yüksəliş və tərəqqi illəri olmuşdur. Məhz Siz ordumuzu və ümumən xalqımızı Dəmir Yumruqda birləşdirərək Qarabağda Şah əsərinizə imza atdınız. Azərbaycanı işğala məruz qalmış ölkədən Zəfər ölkəsinə çevirdiniz, yüz minlərlə məcburi köçkünün Vətən qəribçiliyinə son qoydunuz, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa edərək Qalib Prezident, Müzəffər Ali Baş Komandan kimi adınızı Azərbaycan tarixinə qızıl hərflərlə yazdınız. Dövlətimizin siyasi, iqtisadi və hərbi qüdrəti ilə geniş bir bölgədə, habelə həm Türk, həm də İslam dünyasında söz sahibi olması, xaricdə artan nüfuzu ilə qürur duyuruq.

Zati-aliləri!

Bütün bunlara görə Sizə, Sizin fenomenal liderlik və sərkərdəlik məharətinizə, idarəçilik bacarığınıza, əzm və cəsarətinizə, möhkəm siyasi iradənizə borcluyuq. Fürsətdən istifadə edərək mənim dövlət xətti ilə xaricdə dünyanın qabaqcıl universitetlərində 12 il ən müasir tibb təhsili almağıma görə Ulu Öndərimizə və Sizə sonsuz minnətdarlığımı bildirirəm. Bu etimadınızı doğruldaraq ixtisasım olan LOR cərrahiyyəsi sahəsində keçirilən ümumdünya müsabiqədə elmi araştırmamın nəticələrin təqdim edib birincilik əldə etdim, bayrağımızı ucaldaraq Vətənə qayıtdım. Hazırda respublikamızda fəaliyyətimi davam etdirərək, vətəndaşların və xarici qonaqların sağlamlığının qorunmasında, şəhid ailələri və qazilərin müraciətlərinə yüksək həssaslıqla yanaşılmasında həkim kimi əlimdən gələni əsirgəmirəm.

Sizin seçki kampaniyanızda rəsmi təşviqat qrupunun üzvü olaraq böyük coşqu ilə iştirak edirəm. Sizin çoxşaxəli fəaliyyətinizi, misilsiz xidmətlərinizi, açıqladığınız planları yaradıcı formada çıxışlar etməklə hər gün yüzlərlə seçiciyə çatdıraraq, Sizə vəfa borcumu, həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışıram.

Azərbaycan bu gün tarixinin ən şanlı dövrünü yaşayır, ölkəmizin qarşısında yeni üfüqlər və imkanlar açılıb. Əminəm ki, Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə bütün respublika ərazisində keçirilən seçkilərdə bu yeni dövrə, yeni uğurlara öz xeyir-duasını verəcək.

Möhtərəm cənab Prezident!

Siz bütün dünya azərbaycanlılarının birlik rəmzisiniz, sadəcə 31 dekabrda deyil, ümumən və daima bütün azərbaycanlıların öndəri, sevimli fatehisiniz, eyni zamanda gələcək zəfərlərimizin rəhnisiniz. Düşünürəm ki, tarixi və coğrafi Azərbaycanın əzəli və avtoxton xalqı, yəni hər bir azərbaycanlı - hamımız, harada yaşamağımızdan, hansı etnosa mənsub olmağımızdan asılı olmayaraq, sizin liderliyinizdə sıx birliyimizi qoruyub saxlamalıyıq. Bu çərcivədə, 20-yə yaxın tarixi Azərbaycan xanlıqlarının nümayəndələri olan bizlərin də həmrəy və məqsədyönlü şəkildə mesaj verməyimiz örnək olardı: bütün dünyaya göstərməliyik ki, zamanında babalarımızın arasında nifaq salan, bizi parçalayan və işğal edən güclər artıq suyu bulandırıb balıq tuta bilməyəcəklər, onların geopolitik iştahaları qursaqlarında qalacaq. Çünki bu gün bizi - 50 milyona yaxın dünya azərbaycanlılarını birləşdirən İlham Heydər oğlu Əliyev kimi dəyərimiz, müdrik rəhbərimiz və şanlı sərkərdəmiz var. Şübhə yoxdur ki, bundan sonra da dövlətimiz Sizin başçılığınızla yeni zirvələr fəth edəcək, qalib xalqımız Sizin öndərliyinizlə yeni qələbələrin sevincini yaşayacaqdır.

Bütöv Azərbaycan xalqının rifahı naminə, dünyada ədalətli sülhün bərqərar olunması uğrunda məsuliyyətli və şərəfli ali dövləti fəaliyyətinizdə Sizə tükənməz enerji, möhkəm cansağlığı, yeni qalibiyyətlər arzu edirəm.

AYDİN SON.jpg (145 KB)

Hörmətlə,
Uzman Dr. Aydın Talışinski, PhD
Mir Mustafa Xan Talışinskinin nəticəsi

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR