Onlayn ictimai-siyasi qəzet
Kosta-Rikanın həvəskarlardan ibarət "Deportivo Rio Kanya" klubunun futbolçusu Alberto Lopes Ortis faciənin qurbanı olub.
Musavat.com APA-ya istinadən bildirir ki, 30 yaşlı kosta-rikalı timsahların hücumu nəticəsində həyatını itirib.
Kanyas çayında olan timsahlardan biri onu yeyib. Futbolçunun meyitini yırtıcının ağzından çıxarmaq üçün polis timsahı güllələyib.
Qeyd edək ki, təcrübəli futbolçu həm də komandanın məşqçilər korpusunda yer alırdı.
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ