İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edib

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) yeni direktoru vəzifəsinə Andranik Simonyan gətirilib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, təyinatla bağlı qərarı ölkənin baş naziri Nikol Paşinyan iyunun 28-də imzalayıb.

Qeyd edək ki, MTX-in əvvəlki rəhbəri Armen Abazyan iyunun 18-də vəzifəsindən azad olunmuşdu.

Ekspertlər hesab edirlər ki, xüsusi xidmət orqanının rəhbərliyində baş verən dəyişikliklər regionda gərginlik fonunda təhlükəsizlik siyasətinə təsir göstərə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR