İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış azərbaycanlı müğənninin ürəyi tutdu, xəstəxanaya yerləşdirildi

Müğənni Şəbnəm Qəhrəmanova bu gün təcili xəstəxanaya yerləşdirilib. Müğənninin anidən ürəyi tutub. Təcili Tibbi Yardımın ilkin müayinəsindən sonra müğənni xəstəxanaya yerləşdirilib.

Musavat.com xəbər verir ki, sənətçinin meneceri Paşanın shownews-a bildirdiyinə görə, Ş.Qəhrəmanova aritmiyadan əziyyət çəkir. Bundan müalicə alır. Hadisənin isə anidən baş verdiyini açıqladı:

"Nə olduğunu anlamadıq. Anidən yıxıldı. Elə bildik, ürək döyüntüsü artıb. Gördük, vəziyyət o deyil. Təcili yardım çağırdıq. Onlar isə ilkin tibbi yardım göstərdikdən sonra təcili xəstəxanaya aparmalı olduqlarını bildirdilər. Hamıdan xahiş edirəm, dua etsin. Çox narahatıq. Qucağında azyaşlı körpəsi var".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR