İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış aktrisanın oğlu küçələrdən "butulka" yığır: "Əsirlikdə qoluma xaç damğası vurdular"

Tanınmış mərhum aktrisa Münəvvər Kələntərlinin oğlu Əli Məhəmmədovun acınacaqlı həyat şəraiti ilə bağlı görüntülər yayılıb.

Musavat.com xəbər verir ki, Ə. Məhəmmədov hazırda küçə şəraitində yaşadığını və dolanmaq üçün şüşə qab yığıb təhvil verdiyini bildirib.

Aktrisanın oğlu Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Onun sözlərinə görə, döyüşlər zamanı ermənilərə əsir düşüb və əsirlikdə olarkən qoluna xaç damğası vurulub.

İddia edir ki, rejissor Ceyhun Mirzəyevin məşhur "Fəryad" filmindəki əsir obrazı məhz onun həyat hekayəsinə əsaslanaraq yaradılıb. Ə. Məhəmmədovun sözlərinə görə, dörd erməni ilə dəyişdirilərək əsirlikdən azad olunub.

Hazırda imkansız vəziyyətdə yaşadığını bildirən Ə. Məhəmmədov ictimaiyyətə müraciət edərək kömək istəyib.

Qeyd edək ki, Ə. Əhmədov moderator.az- a açıqlamasında bildirmişdi ki, anasının ikinci evliliyindən doğulub:" Anam da, bacım da 51 yaşında rəhmətə gedib. 60 yaşın içindəyəm. İki oğul, iki qızım var. Bir oğlum Rusiyada yaşayır, generaldır. O biri oğlum evlənəndən sonra Balaxanıya köçdü, kiçik qızım ailəsi ilə kirayədə yaşayır, mən isə böyük qızım və yoldaşımla Keşlədə qəzalı evdə qalıram. Dolana bilmirəm, məcburam ki, küçələrdən butulka yığıb satım. Yaxud da kiməsə kömək etməliyəm ki, mənə əvəzində bir çörək pulu versin".

Onun sözlərinə görə atası sistem işçisi olub: " Atam bir neçə filmdə, o cümlədən “Qara volqa”-da çəkilib. Mənim 2 yaşım olanda anam məni uşaq evinə qoyub. Ana qayğısı görməmişəm. “Pəncərədə işıq” filmini o vaxt uşaq evində çəkirdilər. Həmin filmdə bir neçə epizodda mən də düşmüşəm. Anam yadıma gəlmir. Deyilənə görə məni 1-ci həyat yoldaşının etirazına görə uşaq evinə atıb. Ayrılmışdı ondan, amma gəlib-gedirdi. Anam bacım Validəni saxlayıb. Anamı şəkildə görmüşəm. Uşaq evində deyirdilər ki, sənin o boyda anan var idi, niyə gəlib-getmirdi? Bütün sualların qarşısında susurdum. Vaxtilə anam mənə baxsaydı bu günlərə düşməzdim. Bir bacım oğlu var, o da hərdən gedib-gəlir. Bəzən mənə köməklik edir” deyə sənətkarın övladı olduğunu deyən şəxs bildirib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2025

20 May 2025

BÜTÜN XƏBƏRLƏR